Cinayət törədən 20 nəfər saxlanıldı
02 iyul 2019 16:25 (UTC +04:00)

Cinayət törədən 20 nəfər saxlanıldı

0
 
Respublikanın daxili işlər orqanları iyulun 1-də törədilən 14 cinayətin üstünü “isti izlər”lə açıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin də açılması təmin olunub.   
 
Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 827

Oxşar yazılar