Xaçmaz da 8 otaqlı evdə yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Moruqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konsturuksiyaları 140 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.