Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində quldurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 03:40 radələrində 3 nəfər naməlum şəxs Səməd Vurğun bağının yaxınlığında 1979-cu il təvəllüdlü Əliquliyev Əbülfəz Əlövsət oğlunun idarə etdiyi taksiyə minib. Həmin şəxslər sürücüdən Hövsan qəsəbəsinə, Qum adası deyilən əraziyə sürməsini xahiş ediblər. Deyilən ünvana çatan kimi arxa oturacaqda oturmuş şəxs Xocalı rayonundan məcburi köçkün olan sürücünü bıçaqlayıb və naməlum şəxslər sürücünü maşından çıxarıblar. Onlar “Mercedes 190” markalı avtomobili sürüb ərazidən uzaqlaşıblar.
Ə.Əliquliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polisdən verilən məlumata görə, hadisəni törətmiş şəxslərdən biri müəyyən edilərək artıq tutulub.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.