Bu güb Qax rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qax rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 270 kv.m olan (hər mərtəbəsi 90 kv.m) üçmərtəbəli 9 otaqlı evin çöl divarına çəkilmiş şüşə-pambıq 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.