78,8 ton çətənə və xaş-xaş kolu aşkar edildi
18 iyul 2018 14:53 (UTC +04:00)

78,8 ton çətənə və xaş-xaş kolu aşkar edildi

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi  və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, cari ilin birinci yarısında daxili işlər orqanları əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 1708, o cümlədən satışı ilə bağlı 525, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı 118 fakt müəyyən edilib.  

Faktlar üzrə 734,4 kiloqram narkotik vasitə, o cümlədən 483,4 kiloqram marixuana, 157,9 kiloqram tiryək, 70,1 kiloqram heroin, 8,3 kiloqram həşiş, 14,6 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə, 1 ton 126 kiloqram narkotik tərkibli çətənə, 6,4 kiloqram xaş-xaş bitkiləri götürülərək qanunsuz dövriyyədən çıxarılıb.     

Həmçinin 2,2 kiloqram güclü təsiredici xüsusiyyətə malik, 1,4 kiloqram zəhərli və 334,5 qram psixotrop maddə aşkar edilərək götürülüb. 

Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkar edilərək məhv edilib. 

Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 kiloqram çoxdur. 

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar