75 yaşlı kişi özünü asıb
21 iyul 2014 11:40 (UTC +04:00)

75 yaşlı kişi özünü asıb

Qocanın ölümündən əvvəl yazdığı məktubun məzmunu açıqlanıb


 

 

Zaqatalada 75 yaşlı kişi intihar edib. Zaqatala Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Kebeloba kəndində baş verib.

 

Rayonun Kebeloba kənd sakini, 1939-cu il təvəllüdlü Kamil Mohma oğlu Mollayev özünü yaşadığı evin həyətyanı sahəsində fındıq ağacından asaraq intihar edib.

 

K. Mollayevin cəsədi nəvəsi tərəfindən aşkarlanıb.

 

Prokurorluqdan APA-ya o da bildirilib ki, K. Mollayev son vaxtlar ağır xəstəlikdən əziyyət çəkib.

 

Mərhumun cibindən oğluna yazdığı məktub çıxıb.

 

Məktubda yazılıb: “Ağır xəstəlikdən əziyyət çəkdiyim üçün intihar edirəm. İntihar etməyimdə heç kəsi günahkar hesab etmirəm”.

 

K. Mollayev məktubunda oğluna anasına və ailənin digər üzvlərinə yaxşı baxmasını da vəsiyyət edib.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar