25 qoyun oğurlanıb
13 sentyabr 2015 12:12 (UTC +04:00)

25 qoyun oğurlanıb

Şəki rayon sakininin 25 baş xırdabuynuzlu heyvanı oğurlanıb.

 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aran qəsəbə kənd sakini, Asəf Məmmədov DİN-in “102” xidmətinə müraciət edərək yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövlədən əmisinə məxsus 25 baş qoyunun oğurlandığı barədə məlumat verib. 
 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb, oğurluq edən şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185

Oxşar yazılar