18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işi ağırlaşdırılır
26 aprel 2018 14:40 (UTC +04:00)

18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işi ağırlaşdırılır

0
Cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadənin cinayət işi ibtidai istintaqa qaytarılıb.
 
 
 
Zərərçəkmiş şəxsin vəkili Hafiz Ələsgərov APA-ya deyib ki, bu işə iki ilə yaxındır ki, Yasamal Rayon Məhkəməsində baxılırdı. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin cinayət işi təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.
 
 
 
Qeyd edək ki, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Leyla Mürsəlova dünyasını dəyişib. Qızın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
 
 
Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 391

Oxşar yazılar