17 gün əvvəl özünü asan qadın ölüb
28 sentyabr 2015 17:17 (UTC +04:00)

17 gün əvvəl özünü asan qadın ölüb

Bakıda 17 gün əvvəl özünü asaraq intihara cəhd edən qadın xəstəxanada ölüb.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü Almaz Məcid qızı Məcidova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, A. Məcidova sentyabrın 11-də Xəzər rayonu, Zirə qəsəbəsində yaşadığı evin həyətindəki tikilidə özünü asıb. O, son anda ailə üzvləri tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar