Xankəndidə silahlı təxribat planlaşdıran erməniyə cəza istənildi
22 dekabr 2025 17:40 (UTC +04:00)

Xankəndidə silahlı təxribat planlaşdıran erməniyə cəza istənildi

0

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə Karen Avanesyan ifadə verib. Daha sonra isə cinayət işi üzrə şahidlər dindirilib.

Məhkəmədə Sosial Xidmətlər Agentliyinin əməkdaşı da şahid qismində ifadə verib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Karen Avanesyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə dekabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, bu il sentyabrın 14-də Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyib. Polis əməkdaşları ona mane olarkən Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub.

Təqsirləndirilən Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar