Xanhüseyn Kazımlı, keçmiş deputat
31 iyul 2021 18:00 (UTC +04:00)

Xanhüseyn Kazımlı, keçmiş deputat

Xanhüseyn Kazımlının sürücüsü azyaşlını döyüb? - YENİLƏNİB

"Baş verən hadisə ilə bağlı yaxından və ya uzaqdan heç bir əlaqəmiz yoxdur. Xanhüseyn Kazımlı elə bir ziyalıdır ki, elə bir sürücüsü olsa, özü öz əlləri ilə onu hüquq-mühafizə orqanlarına təslim edər".

Bu fikirlər Sosial Rifah Partiyasından Lent.az-a verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, nə professor Xanhüseyn Kazımlının, nə onun ailəsinin, nə partyanın xəbərdə qeyd edilən avtomobili var: 

"Baş verən insidentin nə professor Xanhüseyn Kazımlı ilə, nə də partiya ilə bir əlaqəsi var. "Mən Xanhüseyn Kazımlının sürücüsüyəm" deyən şəxslə əlaqəmiz yoxdur. Daxili İşlər Nazirliyi professorun sürücüsü olduğunu iddia edən şəxsin həqiqətən də Xanhüseyn Kazımlının sürücüsü olub-olmaması ilə bağlı məsələni təsdiq etməyib. Hazırda partiya tərəfindən bu məsələ xüsusi nəzarətə götürülüb. Hörmətli professorun və partiyanın isminə qarayaxmağa çalışan şəxsin hüquq qarşısında cavab verməli olduğu qənaətindəyik. Bunun üçün partiyamız əlindən gələni əsirgəməyəcək".

***

10:59

Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, “Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb. 

Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib. 

Məsələ ilə ylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiylə əlaqə saxlanılıb. Hadisə təsdiqlənib və nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlı qız 99 AA 388 dövlət nömrə nişanlı “Range Rover” markalı, Məmmədov Samir Həsən oğlunun idarə etdiyi maşına piyada qismində yaxınlaşıb: 

“Əvvəlcə maşında sərnişin qismində olan şəxs azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məsələylə bağlı Nərimanov rayonu 18-ci polis bölməsində təhqiqat aparılır”. 

Xatırladaq ki, bir neçə il əvvəl Milli Məclisin deputatı Rasim Musabəyov da "Azneft" meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşağın piştaxtasını götürməyə nail olması ilə gündəmə gəlmişdi. Buna görə o sosial şəbəkə istifadəçilərinin sərt qınağıyla üzləşmişdi.

Qeyd edək ki, X.Kazımlı Biləsuvar rayonundan millət vəkili seçilmişdi. O, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub. Oğlu Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir. 

***

Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlının qızı Əsli Kazımova yayılan məlumatın yanlış olduğunu bildirib: 

Ola bilsin ki, belə bir hadisə baş verib. Amma bu hadisənin Xanhüseyn Kazımlı ilə heç bir əlaqəsi yoxdur. Bizim Samir Məmmədov adlı sürücümüz yoxdur. Yazıda qeyd edilən 99 AA 388 dövlət nömrə nişanlı maşın da bizə aid deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4701
avatar

Oxşar yazılar