Xaçmazda ərzaq mağazası, Neftçalada anbar yandı
28 iyul 2021 09:12 (UTC +04:00)

Xaçmazda ərzaq mağazası, Neftçalada anbar yandı

0

Xaçmaz rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları, içərisində olan ərzaq malları və 6 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində isə ümumi sahəsi 70 m² olan fəaliyyət göstərməyən anbarın dam örtüyünün yanar konstruksiyaları 62 m² sahədə və içərisində 1 ədəd inkubator cihazı yanıb. Anbarın qalan hissəsi və bitişik dəyirman yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2889

Oxşar yazılar