Xəzər dənizinin Xaçmaz sahilində bir nəfər batıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmazın Niyazabad kəndi ərazində qeyd alınıb.
1959-cu il təvəllüdlü Talıbov Sədulla Cəfər oğlu dənizdə çimərkən boğulub. Onun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.