Bakıda 7 gün əvvəl avtomobil vuran şəxs xəstəxanada ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, Ucar rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin məsləhətçisi Ramin İsmayılovu Bakı şəhərində bir neçə gün əvvəl avtomobil vurub. Koma vəziyyətində 7 gün paytaxtda yerləşən xəstəxanaların birində qalan 47 yaşlı R. İsmayılovu xilas etmək mümkün olmayıb.
Mərhum Ucar rayonuna dəfn edilib.