Bakıda satıcı iş zamanı qəfil ölüb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən "8-ci kilometr" (Vasmoy) bazarında qeydə alınıb. 60 yaşlı Əliyev Rəfael Saleh oğlu qəflətən halı pisləşərək yıxılıb.
Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər. Kişinin ürəktutmadan öldüyü bildirilir.
Araşdırma aparılır.