Uşaqlara siqaret və araq satanlar cəzalandı
06 aprel 2023 12:56 (UTC +04:00)

Uşaqlara siqaret və araq satanlar cəzalandı

Bakıda yeniyetmələrə tütün məmulatları və spirtli içki satanlara qarşı tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının aprelin 5-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179
avatar

Oxşar yazılar