Türkiyədə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin sədri öldürülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə günorta saatlarında paytaxt Ankarada Çankaya qəsəbəsində baş verib. Məlumata görə, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin sədri, Hacettepe Univetsitetinin müəllimi Sinan Atəşə sui-qəsd olub.
Belə ki, Sinan Atəş və dostu Salman Bozqurd küçədə gəzərkən motosikletlə yaxınlaşan şəxs onlara atəş açıb. Başından vurulan S. Atəş yerindəcə keçinib, dostu isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.