Ukraynanın Dnepropetrovsk vilayətində Kamenski şəhər sakini 10 il ərzində 3 qızını dəfələrlə zorlayıb.
Lent.az-ın yerli mətbuata istinadən məlumatına görə, 44 yaşlı ata 2004, 2007 və 2009-cu il təvəllüdlü qızlarına qarşı seksual hərəkətlər edib. Bu zaman onun ən balaca qızının cəmi 6 yaşı olub.
Ata qızlarını yeməkdən məhrum etmək və onları uşaq evinə göndərməklə hədələyib.
Hazırda hadisə ilə bağlı cinayət işi açılıb və ata həbs olunub.