Ucarda avtoqəza zamanı 4 nəfər xəsarət aldı - FOTO
23 iyul 2021 08:38 (UTC +04:00)

Ucarda avtoqəza zamanı 4 nəfər xəsarət aldı - FOTO

3

Ucarda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın yerli  bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Nəticədə Göyçay rayon sakinləri - 1997-ci il təvəllüdlü Rəsul Kamal oğlu Məmmədli, 1994-ci il təvəllüdlü Elgün Şakir oğlu Qasımov, 1960-cı il təvəllüdlü Şahin Əlihüseyn oğlu Qasımov və 1987-ci il təvəllüdlü Fariz Şahin oğlu Qasımov müxtəlif xəsarətlər alıblar. Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 1787

Oxşar yazılar