Ucarda ambulans aşdı, 5 yaralı var - FOTO
25 yanvar 2023 17:43 (UTC +04:00)

Ucarda ambulans aşdı, 5 yaralı var - FOTO

1

Ucarda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb.

Ucar Mərkəzi rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub. Bundan sonra təcili yardım maşını aşıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2087

Oxşar yazılar