Ucar rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar arasında “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü — Behçəli Fərid Pərviz oğlu və sərnişin — 2017-ci il təvəllüdlü Xədicə Məhərrəmova da var.
***
19:31
Ucarda baş verən yol qəzasınnda 9 nəfər xəsarət alıb.
Lent.az-ın xəbərinə görə, qəzada yaralananların 63 yaşlı Cəmilə İbrahimova, 37 yaşlı Rauf İmanov, 1 yaşlı Əsra İmanova, 23 yaşlı Leyla İmanova, 31 yaşlı Zərnigar İmanova, 38 yaşlı Pərvanə Məhərrəmova, 33 yaşlı İsmət İbrahimli, 33 yaşlı Aybəniz Abdullayeva və 39 yaşlı Əlövsət Məhərrəmov olduğu bildirilir.
***
18 :37
Ucarda yol qəzası olub.
Lent.az APA-ya istinadən xəbər verir ki,hadisə Bakı-Qazax magistralının rayon ərazisindən kecən hissəsində baş verib.
"Mercedes sprinter"lə "Mercedes Vito"nun toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.
Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına catdırılıb.