Hindistanın Dehli şəhərində üç kişi özünü LGBT icmasının üzvü kimi tanıdan iki gənci zorlamaqda ittiham edilərək həbs edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə oktyabrın 17-də baş verib.
Məlumata görə, hadisə zamanı yerli tələbə və Banqladeşdən olan turist yaralanıb.
Gənclər birlikdə şəhəri gəzərkən onlara proqramda tanış olduğu tələbənin dostu da qoşulub. Həmin dost iki geyi cinsi əlaqəyə dəvət etsə də, onlar bundan imtina ediblər.
Sonra daha iki nəfər də onlara qoşulub. Nəticədə üç nəfər bir tələbə və bir turistə təcavüz edib.
Zərərçəkənlər polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları videokamera qeydlərindən istifadə edərək cinayətkarları taparaq saxlayıblar və onların 20 yaşlı Dehli sakini olan üç nəfər olduğu üzə çıxıb.