Türkiyəli pilot  havada ikən öldü – Təcili eniş edildi
09 oktyabr 2024 14:15 (UTC +04:00)

Türkiyəli pilot havada ikən öldü – Təcili eniş edildi

Türk Hava Yollarının ABŞ-İstanbul reysi ilə uçan təyyarənin pilotu havaya qalxdıqdan sonra dünyasını dəyişib. 

Lent.az xəbər verir ki, təyyarə digər pilot və ikinci pilot tərəfindən qəza kodu ilə endirilib.

Məsələ ilə bağlı Türk Hava yollarının mətbuat katibi Yəhya Üstün açıqlama verib. 

"Sietl-İstanbul TK204 reysini yerinə yetirən TC-LGR qeydiyyatlı “Airbus 350” tipli təyyarəmizin kapitan pilotu İlşehin Pehlivan uçuş zamanı huşunu itirib. Təyyarədə pilotumuza edilən ilk tibbi müdaxilə nəticəsiz qalıb. Bundan sonra kabinədə olan digər və köməkçi pilotlar təcili eniş qərarı veriblər. Ancaq 2007-ci ildən Türk Hava Yollarında çalışan 59 yaşlı pilotumuz təyyarə enməzdən əvvəl həyatını itirib”.

Qeyd edilir ki, Nyu-Yorka qayıdan təyyarənin sərnişinlərinin Nyu-York reysi vasitəsilə Türkiyəyə gəlməsinin planlaşdırıldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Sevinc Fərid

Oxşar yazılar