Türkiyəli iş adamı Bakıda dənizdə batdı - YENİLƏNİB
20 avqust 2023 19:24 (UTC +04:00)

Türkiyəli iş adamı Bakıda dənizdə batdı - YENİLƏNİB

0

Bu gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

saat 17.51

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə batan şəxsin kimliyi məlum olub. 

Lent.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. 

Dənizdə batan şəxsin türkiyəli iş adamı Süleyman Filiz olduğu bildirilir. 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

***

saat 14.15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10642

Oxşar yazılar