Türkiyədə  İŞİD üzvü olan   azərbaycanlılar saxlanıldı
30 dekabr 2022 10:03 (UTC +04:00)

Türkiyədə İŞİD üzvü olan azərbaycanlılar saxlanıldı

Türkiyədə bu səhər İŞİD üzvlərinə qarşı əməliyyatlar keçirilib.

Lent.az yerli mediaya istinadən bildirir ki, əməliyyatlar Bursa şəhərində bir neçə ünvanda baş tutub. Nəticədə, Suriya, İraq və Azərbaycan əsilli 16 nəfər saxlanılıb.

Əməliyyatlar Bursa Polis Şöbəsi və Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Araşdırmalar davam edir.

# 1986
avatar

Mehman Nəbiyev

Oxşar yazılar