Toyda 3 nəfəri başından bıçaqlayan TUTULDU  - YENİLƏNİB
20 iyul 2021 08:47 (UTC +04:00)

Toyda 3 nəfəri başından bıçaqlayan TUTULDU - YENİLƏNİB

0

Tovuzda toyda 3 nəfərə bıçaqla xəsarət yetirən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni 2001-ci il təvəllüdlü Elgün İsmayılov törədib.

İlkin məlumata görə, hadisə rayonda yerləşən restoranlardan birində baş verib. Həmyerlilərin əvvəlcə etdikləri zarafat sonradan davaya çevrilib.
 

***

00:3:

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz çayının kənarında toy məclisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad Polad oğlu və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlu baş və əl nahiyələrindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. 

Hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6813

Oxşar yazılar