Toy sahibi 4000 manat , restoran müdiri 3000 manat, qonaqlar isə...
26 iyul 2021 11:08 (UTC +04:00)

Toy sahibi 4000 manat , restoran müdiri 3000 manat, qonaqlar isə...

Astarada karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az –a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Maricel” və “Astara” resoranlarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. “Maricel” restoranının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, “Astara” restoranının sahibi 3000 manat, toy təşkilatçıları isə 200 manat məbləğində cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar