Tovuzda yanğın hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakininə məxsus sahəsi 150 m²-ə yaxın olan kafedə anidən yanğın başlayıb.
Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülsə də kafe əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.