Tovuzda naməlum əşya partladı -Yaralılar var -YENİLƏNİB
22 yanvar 2023 18:50 (UTC +04:00)

Tovuzda naməlum əşya partladı -Yaralılar var-YENİLƏNİB

Tovuz rayonunun Əlibəyli kəndində naməlum əşyanın partlaması nəticəsində yaralananların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, evdə ocaqda çörək bişirən zaman naməlum əşyanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Tağıyeva Roza Abbas qızı və gəlini - 1992-ci il təvəllüdlü Tağıyeva Esmira Xəqani qızı yaralanıb.

***

saat 18.44

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

İki qadın qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə hər iki şəxs yaşadığı evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

# 3570
avatar

Oxşar yazılar