Tovuzda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Çeşməli kəndində baş verib. 65 yaşlı S. H (ad və soyad şərti) yaşadığı evin qarşısındakı cökə ağacından özünü asaraq, canına qəsd edib. Mərhumun asılmış meyitini onun yaxınları tapıblar.
Onun hansı səbəbdən intihar etməsi isə bilinmir.
Faktla bağlı araşdırma aparılır.