Tovuz  sakini Gədəbəydə bıçaqlandı-YENİLƏNİB
28 fevral 2023 08:28 (UTC +04:00)

Tovuz sakini Gədəbəydə bıçaqlandı-YENİLƏNİB

0

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki,
Gədəbəy Rayon Polis Şöbəsinə Tovuz rayon sakini Cavid Qasımovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları müvafiq tədbirlər görüb, C. Qasımova xəsarət yetirməkdə şübhəli bilinən, Gədəbəy rayon  sakini, 1983-cü il təvəllüdlü Firdovsi Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam

***

08.27
Gədəbəyədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qaramurad kəndində qeydə alınıb.

Tovuz rayon sakini 1996-ci il təvəllüdlü Cavid Qasımov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib,vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə C.Qasımov yeyib içdikdən sonra tanıdığı şəxs tərəfindən bıçaqlanıb.Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3497

Oxşar yazılar