TIR-la toqquşdu, hərbçinin maşınına  çırpılıb öldü
14 iyul 2022 11:01 (UTC +04:00)

TIR-la toqquşdu, hərbçinin maşınına çırpılıb öldü

Qazaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun mərkəzində, "Bayraq Meydanı" istiqamətində qeydə alınıb. 41 yaşlı Sadıqov Əli İlham oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri 31 yaşlı Məmmədov Turxan Cəfər oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobili ötüb. İdarəetməni itirərək qarşıdan gələn İran vətəndaşı Behesti Hafez Allahvırdı oğlunun idarə etdiyi "Scania" markalı TIR-la toqquşduqdan sonra yenidən T. Məmmədovun idarə etdiyi avtomobilə çırpılıb. Nəticədə Ə. Sadıqov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 1707
avatar

Mehman Nəbiyev

Oxşar yazılar