"Çevik" də həbs edildi, onu döyən də - YENİLƏNİB
15 sentyabr 2026 10:20 (UTC +04:00)

"Çevik" də həbs edildi, onu döyən də - YENİLƏNİB

0

Kamran Bilalovun saxlanılma səbəbi məlum olub. 

Lent.az xəbər verir ki, o, tiktoker “Çevik”ə qarşı zorakılıq edib.

***

saat 18:02

DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Lent.az xəbər verir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.

Qeyd edək ki, "Çevik" ləqəbli Məqsəd Bağırov bir müddətdir Tiktok platformasında canlı yayımları ilə gündəmə gəlmişdi.

Bir müddət əvvəl Qəbələdə Məqsəd Bağırova hücum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1256

Oxşar yazılar