Terrorçuluğa çağırış edənə HÖKM OXUNDU
07 yanvar 2025 18:57 (UTC +04:00)

Terrorçuluğa çağırış edənə HÖKM OXUNDU

Azərbaycanda terrorçuluğa dair və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham olunan Həmzə Məmmədlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin istintaqı yekunlaşıb. 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib. 
O, Həmzə Məmmədlinin 8 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. 

Sonra hakim hökmü elan edib. Hokmə əsasən Həmzə Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Məlum olub ki, hələ 2018-ci il iyulun 18-də Həmzə Məmmədli barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırış) və 281.2-ci (Dövlətə əleyhinə yönələn açıq çağırış) maddələri ilə cinayət işi açılıb. O, qiyabi həbs olunub və axtarışa verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Həmzə Məmmədlinin barəsində cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar