Tələbə qız burun əməliyyatından sonra  ÖLDÜ
01 fevral 2023 13:22 (UTC +04:00)

Tələbə qız burun əməliyyatından sonra ÖLDÜ

Kolumbiyalı gənc qız burnunun formasını düzəltmək üçün plastik əməliyyatdan saatlar sonra dünyasını dəyişib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı tələbə Karen Kardenas Bukaramanqadakı klinikalardan birində rinoplastika əməliyyatı keçirib və evə qayıdarkən bir neçə dəfə huşunu itirib.

Yaxınları əməliyyatı edən cərrahla əlaqə saxlayıb və o, müəssisəyə qayıtmağı təklif edib, lakin narahat olan ailə qızı ən yaxın xəstəxanaya aparmaq qərarına gəlib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib, burada həkimlər əvvəlcə onu reanimasiya edə biliblər, lakin Kardenas huşunu itirməyə davam edib və nəticədə o, intubasiya edilib.

Sonradan qurbana nəfəs almağı çətinləşdirən daxili qanaxma diaqnozu qoyulub. Həkimlər ağciyərlərdə, nəfəs borusunda və yemək borusunda maye aşkar ediblər.

Kolumbiyalı tələbənin qardaşı "Həkimlər əllərindən gələni etdilər, lakin altı ürək dayanmasından sonra bacım vəfat etdi", - deyib.

Ailə buna görə hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3336
avatar

Fidan İlqar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00