Sumqayıtda yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb.
"VAZ-21099" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən qəflətən qabaq sol təkəri yerindən çıxıb. Təkər yolun kənarında bağda ağacları sulayan 58 yaşlı qadına dəyib.
Nəticədə qadının ayağı qırılıb və o, xəstəxanaya yerləşdirilib.