Saratovda əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı rüşvət verməkdə təqsirli bilinib.
Lent.az xarici mediaya istinadla bildirir ki, iş materiallarına görə, cinayətkar sentyabrın 17-də yük maşını ilə Sızran-Volqoqrad şossesi ilə hərəkətdə olub. Saratov kənarında onu Rostransnadzor və FSB əməkdaşları saxlayıblar. Müfəttişlər daşınan yükün ölçülərinin normadan artıq olduğunu müəyyən edib və gözlənilən cəza barədə yük maşını sürücüsünə məlumat veriblər. O, hüquq-mühafizə orqanları əməkdaşlarından pozuntuya gözlərini yummağı xahiş edərək, FSB zabitinə 40 min rubl (təxminnə 764 manat) verib. Nəticədə o, saxlanılıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsi (rüşvət vermək) ilə ittiham olunub və ümumi rejimli koloniyada 6 ay müddətinə azadlıqdan məhrum edilib.