TƏBİB 20 nömrəli məktəbdəki zəhərlənmə ilə bağlı məlumat yaydı
06 aprel 2023 14:54 (UTC +04:00)

TƏBİB 20 nömrəli məktəbdəki zəhərlənmə ilə bağlı məlumat yaydı

0

20 nömrəli məktəbdəki zəhərlənmə ilə bağlı TƏBİB məlumat yayıb.

Lent.az xəbər verir ki, məlumatda deyilir:

"Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib.

6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2008

Oxşar yazılar