Tanınmış aktyor  həbs edildi
18 may 2023 20:27 (UTC +04:00)

Tanınmış aktyor həbs edildi

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Xəbəri APA-ya Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.

Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.
 

# 2883
avatar

Oxşar yazılar