Sürücülük vəsiqəsi olmadan "avtoş"luq edən şəxs 10 günlük həbs edildi-FOTO
09 aprel 2023 14:47 (UTC +04:00)

Sürücülük vəsiqəsi olmadan "avtoş"luq edən şəxs 10 günlük həbs edildi-FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini Rəşad Zeynalov idarə etdiyi “VAZ-2107” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı R.Zeynalovun sürücülük hüququnun olmadığı da müəyyən edilib. Ona törətdiyi qayda pozntuları izah olunsa də, ancaq sürücü polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət edilib və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyinə, eləcə də avtomobildə əlavə konstruksiya dəyişikliyinə yol verdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub. Polis əməkdaşının qanuni tələbinə məhəl qoymadığı üçün isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə R.Zeynalov barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

 

Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs 10 günlük həbs edilib - FOTO Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs 10 günlük həbs edilib - FOTO Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs 10 günlük həbs edilib - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar