Sumqayıtın dəmiryolu vağzalında YANĞIN  - VİDEO  - YENİLƏNİB
20 avqust 2023 23:16 (UTC +04:00)

Sumqayıtın dəmiryolu vağzalında YANĞIN - VİDEO - YENİLƏNİB

0

Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 22:45

Sumqayıt dəmiryolu vağzalında baş verən yanğın söndürülüb.

Lent.az xəbər verir ki, hazırda soyutma işləri aparılır.

***

Saat 22:17

Sumqayıt şəhərinin dəmiryolu vağzalında yanğın başlayıb.

Lent.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə Hissələrinin canlı qüvvə və texnikaları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6736

Oxşar yazılar