Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, içərisinə yığılan taxta materialları və rezin qəliblər 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sexin qalan hissəsi və bitişik anbar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.