Sumqayıtda sərxoş kişi  yıxılıb öldü
14 mart 2024 00:00 (UTC +04:00)

Sumqayıtda sərxoş kişi yıxılıb öldü

Sumqayıtda 58 yaşlı kişi içkinin təsirindən yaşadığı ünvanda yıxılaraq ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Coratda fərdi evlərdən birində qeydə alınıb.

1966-cı il təvəllüdlü Dilavər Ənvər oğlu Şahbazov tək yaşadığı ünvanda içkinin təsirindən yıxılıb.

D. Şahbazov xəstəxsnaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

# 2463
avatar

Oxşar yazılar