Sumqayıtda qəbiristanlıqda meyiti tapılan tələbə imiş.
Lent.az xəbər verir ki, qəbiristanlıqda meyiti tapılan 28 yaşlı Ülvi Xasayzadə Azərbaycan İqtisad Universitetinin Qiyabi və Əlavə Təhsil Mərkəzinin 3-cü kursunda təhsil alırmış.
Mərhum həmçinin Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edərək medallarla təltif olunub.
Faktla bağlı araşdırma aparılır.
***
13 aprel, saat: 19:33
Sumqayıtda qəbiristanlıqda meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində yerləşən qəbristanlıqda qeydə alınıb.
Qubadlı rayon sakini, 28 yaşlı Ülvü Əlisəfa oğlu Xasayzadənin meyiti adıçəkilən qəbiristanlıqda aşkar edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.