Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 22:04 (UTC +04:00)

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi

Sumqayıt şəhərində tanışlar arasında baş verən münaqişə qanlı hadisəyə çevrilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında yaranmış mübahisə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar