Sumqayıtda məişət tullantıları poliqonu yanır
18 iyul 2021 11:26 (UTC +04:00)

Sumqayıtda məişət tullantıları poliqonu yanır

Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Oxşar yazılar