Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun 29-cu km-də baş verib.
41 yaşlı Sumqayıt şəhər sakini Cəlilov Fəzail Sadıq oğlu idarə etdiyi “Hyundai” markalı avtomobili yol kənarında dayanmış Məhərrəmov Namiq Tahir oğluna məxsus “DAF” markalı avtomobilin arxa qoşqu hissəsinə çırpıb. Nəticədə Fəzail Cəlilov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.