Sumqayıtda gənc oğlan binadan yıxılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər, 26-cı məhəllədə dördmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 24 yaşlı Həsənov Nahid Eyvaz oğlu dördmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq 2-ci mərtəbədəki mənzilin artırma hissəsinin üzərinə düşüb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən və avtonərdivandan istifadə etməklə vətəndaşa müvafiq köməklik göstərərək aşağı düşürüb, təcili tibbi yardım briqadasına təhvil veriblər.