Sumqayıtda uşağını abort edən ana  öldü - YENİLƏNİB
04 iyul 2023 15:10 (UTC +04:00)

Sumqayıtda uşağını abort edən ana öldü - YENİLƏNİB

0

Sumqayıtda xəstəxanada qadının ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, iyulun 4-də 38 yaşlı Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***
Saat: 13:32

Sumqayıtda ananın doğum evində ölməsi ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az-ın məlumatına görə, 37 yaşlı G. Fəttayeva yaşadığı evdə dərmanla hamiləliyini pozmağa çalışıb. Onun övladını tələf etmək istəyi qanaxmaya səbəb olub.

Nəticədə o, ağır vəziyyətdə şəhərt Perinatal Mərkəzinə daxil olub. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

***
Saat: 11:45

Sumqayıtda ana doğuş zamanı ölüb.

Yeni doğulan körpənin vəziyyəti normaldır.

Hadisənin təfərrüatı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8128

Oxşar yazılar