Sumqayıtda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 91 yaşlı Tamella Hüseyn qızı Mehdizadə yaşadığı binanın 9-cu mərtəbəsindən düşüb.
Nəticədə ahıl qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hadisənin intihar olduğu ehtimal edilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.